AZ EN RU

Türkiyədə zəlzələ bölgəsində 62 minə yaxın bina sökülməlidir

Türkiyədə zəlzələ bölgəsində indiyədək 481 min 685 bina araşdırılıb.

TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum məlumat verib.

Onun sözlərinə görə, bunlardan 61 min 722 binanın təcili sökülməli olduğu məlum olub. Eyni zamanda bildirib ki, 19 min 917 bina orta dərəcədə zədələnib.

Nəşr edilib : 17.02.2023 17:32