AZ EN RU

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot ölüb

Türkiyənin Kayseri vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, təyyarədə olan iki pilot şəhid olub. Əraziyə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Araşdırma aparılır.

Nəşr edilib : 04.06.2024 12:42