AZ EN RU

Türkiyədə sel nəticəsində ölənlərin sayı 17-yə çatıb

Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Bunu ölkənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar Şanlıurfada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 3 nəfər itkin düşüb.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir: “Pessimizmə ehtiyac yoxdur, yaralar sağalacaq”.

Qeyd edək ki, martın 14-də Adıyaman və Şanlıurfa şəhərlərində sel olub.

Nəşr edilib : 17.03.2023 14:35