AZ EN RU

Türkiyədə meşə yanğınları başlayıb

Türkiyədə güclü meşə yanğınları qeydə alınıb.
Türkiyə mediasında yer alan xəbərlərə görə Çanaqqala, Uşakda dünən başlayan meşə yanğınları davam edir. Yanğınların söndürülmədi üçün tədbirlər görülür.
Bu gün isə İzmirin Dikili bölgəsində əvvəlcə otluq ərazidə yanğın başlayıb. Küləyin təsirindən yanğın daha da genişlənərək ətrafdakı zeytunluğa yayılıb. Yanğının söndürülməsi üçün əraziyə helikopter cəlb olunub.

Nəşr edilib : 19.06.2024 09:35