AZ EN RU

Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb, 16 nəfər yaralanıb

Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub.

Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan 5-nin hərbçi olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Nəşr edilib : 03.04.2024 11:17