AZ EN RU

Türkiyədə helikopter qəzaya uğrayıb, ölənlər var

Türkiyədə helikopter qəzası baş verib, iki pilot ölüb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Hataydan Qaziantepə uçan helikopter Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterdə olan iki pilot ölüb, texniki işçi isə yaralanıb.

Nəşr edilib : 04.02.2024 10:37