AZ EN RU

Türkiyədə çoxmərtəbəli binada yanğın olub, 12 nəfər ölüb

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 12-yə çatıb.

“Şərq qapısı” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, 7-si ağır olmaqla 11 nəfər yaralanıb.

İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edilib ki, binada yerləşən klubda aparılan təmir işləri zamanı yanğın baş verib. Ölən və yaralananların oranın işçiləri olduğu bildirilir.

15:58

Türkiyənin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində 8 nəfər ölüb, 6-sı ağır olmaqla 15 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edilib ki, yanğın binanın mənfi 1 və mənfi 2-ci mərtəbələrində yerləşən klubda baş verib.

15:29

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın olub.

"Şərq qapısı" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Posta küçəsində olub.

İlkin məlumata görə, yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Nəşr edilib : 02.04.2024 16:36