AZ EN RU

Türkiyədə “BOZDOĞAN-17”əməliyyatı - 147 nəfər saxlanılıb

Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyat keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata əsasən, “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb.

Nazir deyib ki, ötən il iyunun 1-dən indiyədək Türkiyədə İŞİD terror təşkilatına qarşı 1 329 əməliyyat keçirilib. Bu əməliyyatlarda terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 2 919 nəfər saxlanılıb. Bu şəxslərdən 692-i həbs edilib, 531 nəfər məhkəmə nəzarətinə alınıb. Onlardan 187-i barəsində məhkəmə prosesi davam edir.

Nəşr edilib : 26.03.2024 14:00