AZ EN RU

Türkiyədə Azərbaycan könüllüləri zəlzələdən zərərçəkən qadınları sevindirib

Azərbaycan könüllüləri qardaş Türkiyədə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə çadır şəhərciklərində yaşayan qadınlara hədiyyələr təqdim edib.

Azərbaycan Gənclər Fondundan bildiriblər ki, hədiyyələrin təqdim olunması zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan da könüllülərə qoşulub.

Qeyd edək ki, Azərbaycan könüllüləri artıq 1 aya yaxındır ki, Türkiyənin zəlzələ baş vermiş bölgələrində könüllü fəaliyyəti çərçivəsində zərərçəkmiş şəxslərə qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir və digər dəstəkverici xidmətləri göstərirlər.

Nəşr edilib : 09.03.2023 12:13