AZ EN RU

Türkiyədə avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Türkiyənin Balıkesir şəhərinin Edremit rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

Nəşr edilib : 12.02.2024 12:00