AZ EN RU

Türkiyədə avtobus qəzası nəticəsində 9 nəfər ölüb, çoxlu sayda xəsarət alan var

Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 28 nəfər yaralanıb.

Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.

Hadisənin səbəbi hələlik məlum deyil.

Nəşr edilib : 16.01.2024 09:32