AZ EN RU

Türkiyədə avtobus aşıb, 4 nəfər ölüb, xeyli yaralı var

Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.

"Şərq qapısı" qəzeti “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Taşköprü rayonunda avtobusun tarlaya aşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralı var.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Nəşr edilib : 26.01.2024 09:51