AZ EN RU

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 30 nəfər yaralanıb

İyunun 9-da səhər saatlarında Türkiyənin Van-Bitlis yolu üzərindəki Kuskunduran tuneli yaxınlığında yük avtomobili ilə avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə İHA məlumat yayıb.
“Qəza səhər saatlarında Van-Bitlis avtomobil yolunun Küskunkuran tuneli yaxınlığında baş verib. Sürücülərinin adları və dövlət nömrələri bəlli olmayan <...> sərnişin avtobusu ilə yük maşını naməlum səbəbdən toqquşub”, – agentlik bildirib.
Məlumata görə, qəzada həlak olan iki nəfərdən biri avtobus sürücüsü, digəri sərnişinidir. Yaralanan 30 nəfərdən isə dördünün durumu ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 09.06.2024 13:19