AZ EN RU

Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Türkiyənin Tekirdağ vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və xilasetmə qrupları cəlb olunub.

Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Nəşr edilib : 21.03.2024 12:45