AZ EN RU

Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bu gün yerli vaxtla saat 16.04-də meydana gələn zəlzələnin episentri Malatyanın Battalgazi rayonudur.

Ocağı yerin 13,93 kilometr dərinliyində qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib.

Nəşr edilib : 25.01.2024 17:46