AZ EN RU

Türkiyədə 4, 4 bal gücündə zəlzələ olub

Türkiyənin Kahramanmaraş vilayətinin Ekinözü rayonunda zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, sözügedən ərazidə zəlzələ 4,4 bal gücündə qiymətləndirilib.

Hadisə yerli vaxtla saat 05:23-də qeydə alınıb.

Nəşr edilib : 01.03.2023 10:06