AZ EN RU

Türkiyə zamanla PUA ixracatına görə Çin, ABŞ və İsraili geridə qoyub

Türkiyə zamanla Çin, ABŞ və İsraili geridə qoyaraq dünyanın ən çox ölkəsinə silahlı pilotsuz uçuş aparatları (PUA) ixrac edən ölkəyə çevrilib. BAYKAR indiyədək 34 tanınmış ölkə ilə ixrac müqaviləsi imzalayıb. Türk aerokosmika sənayesi indiyədək tanınmış 7 ölkə ilə ixrac müqaviləsi imzalayıb.
 "Şərq qapısı"  xəbər verir ki, bu haqda Türkiyənin  "SavunmaSenayiST.com" adlı rəsmi "X" hesabında paylaşıb edilib. BAYKAR, Bayraktar TB2 SİHA üçün 33 ölkə ilə, indiyə qədər Bayraktar AKINCI TİHA üçün 9 ölkə ilə cəmi 34 ölkə ilə ixrac müqaviləsi imzalayıb. İxrac edilən/müqavilə bağlanan məhsulların sayının 1000-ə yaxınlaşdığı təxmin edilir. TAİ isə ANKA və AKSUNGUR məhsullarını ixrac edib. İxrac edilən məhsulların sayının 50-yə çatdığı təxmin edilir. Türkiyənin son mərhələdə İHA ixrac etdiyi ölkələrin sayı 40-ı keçib. Türk PUA-ları Afrikadan Asiyaya, Körfəzdən Avropaya qədər geniş bir coğrafiyada vəzifə yerinə yetirir.

Nəşr edilib : 30.06.2024 16:33