AZ EN RU

Türkiyə XİN-in başçısı: Ukraynadakı hadisələri narahatlıqla izləyirik

Ukrayna hadisələrini narahatlıqla izləyirik. Ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə hər iki münaqişə tərəfi ilə əlaqə saxlayan ölkələrdəndir. Bu münasibətlərdən istifadə edərək münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk.

Nəşr edilib : 05.03.2022 15:57