AZ EN RU

Türkiyə XİN-in başçısı: Orta Dəhliz kimi layihələrin sayının artırılması bölgənin inkişafı baxımından çox vacibdir

Orta Dəhlizin tam potensialı ilə həyata keçməsi çox önəmlidir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu cür layihələrin sayının artırılması bölgənin inkişafı baxımından çox vacibdir. Biz, həmçinin həmkarımla söhbət zamanı da belə layihələrin sayının artırılması ilə bağlı niyyətimizi bilirdik”, - deyə türk nazir əlavə edib.

Nəşr edilib : 14.12.2023 16:55