AZ EN RU

Türkiyə XİN başçısı: “Ermənistanla hələ ki, razılıq yoxdur”

“Ermənistanla hələ ki, razılıq yoxdur”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Xüsusi nümayəndələrimiz 4 dəfə görüşüblər. Bundan sonrakı toplantılar Türkiyə və ya Ermənistanda olacaq. Ermənistanla əlaqələrin normallaşmasında səmimiyik”.

O deyib ki, əsas problem Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmamasıdır:

“Azərbaycanla koordinasiyalı addım atırıq”.

Nəşr edilib : 14.10.2022 16:10