AZ EN RU

Türkiyə XİN Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik mesajı paylaşıb

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşım edib.

Təbrik mesajı nazirliyin rəsmi “X” səhifəsində yayımlanıb.

Təbrik mesajında deyilir: “Qarabağın azadlığının üçüncü ildönümündə can azərbaycanlı qardaşlarımızın Zəfər Gününü coşqu ilə təbrik edirik. Bu yolda şəhid olan qəhrəmanlarımızı və qazilərimizi minnətdarlıqla yad edirik”.

Paylaşım #TekMilletİkiDevlet haştaqı ilə yayımlanıb.

Nəşr edilib : 08.11.2023 16:48