AZ EN RU

Türkiyə XİN Azərbaycanı təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.

Bu barədə Türkiyə XİN-nin "X" hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

"Can Azərbaycanın Milli Qurtuluş Günü və əbədi qardaşlığımızı müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin üçüncü ildönümü mübarək!

Biz bir millət, iki dövlət olaraq əbədi olaraq bir yerdə olacağıq!".

Nəşr edilib : 15.06.2024 10:11