AZ EN RU

Türkiyə XİN: "35 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azad etdi"

"35 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azad etdi".

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin 17 noyabr- Milli Dirçəliş Günü ilə bağlı "X" hesabında yazılıb.

"O gün Bakıda ucaldılan bayraq bu gün bütün Azərbaycan səmasında dalğalanır. Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik", - paylaşımda bildirilib.

Nəşr edilib : 17.11.2023 11:18