AZ EN RU

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 32-ci il dönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

“Şərq qapısı” xəbər verir ki, bu barədə Nazirliyin rəsmi internet hesabında paylaşım edilib. Paylaşımda deyilir: 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən  Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törədilən qətliamı pisləyirik. Həmin gün baş verən vəhşilik bəşər tarixinə qara bir ləkə olaraq keçib. Xocalıda şəhid olan 613 qardaşımızın və həmin gün yaralanan, əsir düşən və itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir. Xocalı faciəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk.

Nəşr edilib : 26.02.2024 09:47