AZ EN RU

Türkiyə və Gürcüstanın XİN başçıları qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Ukraynadakı vəziyyət, ikitərəfli əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Tərəflər regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini də nəzərdən keçirib, bölgədə sabitliyin vacibliyini vurğulayıblar.

Gürcüstan tərəfi Türkiyənin Ukraynadakı vəziyyətlə əlaqədar vasitəçilik missiyasını yüksək qiymətləndirib. Rəsmi Ankaranın səyləri nəticəsində bu münaqişənin tezliklə başa çatacağına əminlik ifadə olunub.

Nəşr edilib : 15.03.2022 10:46