AZ EN RU

Türkiyə qaz idxalı həcmini azaldıb

2023-cü ildə Türkiyənin qaz idxalı həcmi 50,48 milyard kubmetr olub ki, bu da bir il əvvəlki göstərici (54 milyard, 664 milyon kubmetr) ilə müqayisədə 7,64 faiz azdır.

Bu statistik rəqəmlər iyunun 20-də Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, 2023-cü ildə Türkiyəni idxal etdiyi təbii qazın ümumi həcminin 36,21 milyard kubmetri və ya 71,73 faizi boru kəmərləri vasitəsilə nəql edilib, qalan hissəsi isə mayeləşdirilmiş qaz (LPG) şəklində alınıb.

Ötən il Türkiyə dünyanın 21 ölkəsindən təbii qaz idxal edib. Onların arasında ilk üçlükdə Rusiya, Azərbaycan və Əlcəzair yer alıb.

Türkiyənin qaz idxalının 42,27 faizi Rusiyanın, 20,32 faizi Azərbaycanın, 11,86 faizi isə Əlcəzairin payına düşüb. Sonrakı yerlərdə İran (10,71 faiz) və ABŞ (7,95) gəlir. Türkiyənin ən az həcmdə qaz idxal etdiyi ölkə isə Omandır (cəmi 92 milyon kubmetr).

Nəşr edilib : 20.06.2024 14:35