AZ EN RU

Türkiyə Prezidentinin Bakıya səfəri Rumıniya mətbuatı tərəfindən geniş işıqlandırılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, dövlət başçılarının mətbuata açıqlamaları Rumıniya KİV-lərinin diqqət mərkəzində olub.

Ölkənin nüfuzlu “Digi24” televiziya kanalı və internet portalı, “Adevarul” nəşri, “Evenimentul Zilei” qəzetində səfərlə bağlı silsilə materiallar dərc olunub.

Rumın dilində yayılan məlumatlarda iki ölkə qarşısında duran vəzifələr və əldə olunacaq uğurlar, xüsusən də Azərbaycan qazının nəqli, Zəngəzur dəhlizi, Şuşada Türkiyə Respublikasının konsulluğunun açılacağı barədə dövlət başçılarının fikirləri geniş yer alıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Nəşr edilib : 14.06.2023 18:42