AZ EN RU

Türkiyə Prezidenti sabah Özbəkistana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatın (İƏT) noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək 16-cı Zirvə Toplantısında iştirak etmək niyyətindədir.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumat verilib ki, görüşdə iqtisadi-ticarət, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Məlumata görə, üzv ölkələr arasında ticarət həcminin 100 milyard dollara çatdırılması istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Bildirilib ki, nəqliyyat infrastrukturunun inkişafı və Müasir İpək Yolunun canlandırılması istiqamətində əməkdaşlıq qiymətləndiriləcək. Məlumata görə, Xəzərdən keçən Şərq-Qərb Orta Dəhliz Təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində son inkişaflar müzakirə olunacaq.

Nəşr edilib : 07.11.2023 16:33