AZ EN RU

Türkiyə Prezidenti Qazaxıstana səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edib.

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Astanada keçiriləcək X Zirvə görüşündə iştirak edəcək.

Səfərdə Prezident Ərdoğanı enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat, TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun müşayiət edirlər.

Nəşr edilib : 02.11.2023 14:08