AZ EN RU

Türkiyə Prezidenti Özbəkistana yola düşüb

Sentyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistana yola düşüb.

Türkiyə Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının 22-ci Dövlət Başçıları Sammitində iştirak edəcək. Prezident Ərdoğanın sentyabrın 16-da keçiriləcək Zirvə toplantısında çıxışı gözlənilir.

Səfər iki gün davam edəcək.

Qeyd edək ki, 2012-ci ildən bu yana Şanxay Əməkdaşlıq Təşkilatında “Dialoq tərəfdaşı” statusunu alan Türkiyə ilk dəfə prezident səviyyəsində Zirvə toplantılarında iştirak edəcək.

Nəşr edilib : 15.09.2022 14:12