AZ EN RU

Türkiyə Prezidenti İranın Ali Rəhbəri ilə görüşüb

İranda səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə görüşüb.

İranın Ali Rəhbərinin administrasiyasına istinadla xəbər verir ki, görüşdə regionda cərəyan edən siyasi proseslər müzakirə olunub, qarşılıqlı əlaqələrin inkişafına toxunulub.

Qeyd edək ki, bu gün Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin də görüşü olacaq. Üçtərəfli görüşdə Suriya, Ukrayna və digər regional problemlər müzakirə mövzusu olacaq.

Görüşdən əvvəl iki ölkənin prezidenti arasında ikitərəfli dialoq aparılıb.

Hazırda Rusiya Prezidenti Vladimir Putinin Tehrana səfəri gözlənilir.

Nəşr edilib : 19.07.2022 15:08