AZ EN RU

Türkiyə Prezidenti: İlin sonuna qədər zəlzələ bölgəsində 200 min mənzil təhvil verəcəyik

"İlin sonuna qədər zəlzələ bölgəsində 200 min mənzil təhvil verəcəyik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
“Tender prosesini tamamladıq və zəlzələdən zərərçəkmiş 11 şəhərdə tikintiyə başladıq. Hər ay 10-15 min evi tamamlayacağıq. 2025-ci ilin sonuna doğru yaşayış və iş yerləri qanuni sahiblərinə təhvil verİləcək”, - Ərdoğan qeyd edib.

Nəşr edilib : 04.06.2024 22:28