AZ EN RU

Türkiyə Prezidenti gələn ay dörd ölkəyə səfər edəcək

Türkiyə Prezidenti gələn ay dörd ölkəyə səfər edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda Qazaxıstan, Azərbaycan, ABŞ və Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər etməyi planlaşdırır.

 Türkiyə liderinin xarici səfərləri iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçiriləcəyi Astana şəhəri ilə başlayacaq.

Türkiyə Prezidenti daha sonra Azərbaycana səfər edəcək, burada Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə toplantısının iştirakçıları ilə görüşlər keçirəcək.

Türkiyə liderinin iyulun 9-11-də NATO sammitinin keçiriləcəyi ABŞ-a səfəri də planlaşdırılır. Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüş də daxil olmaqla bir sıra təmasları nəzərdə tutulub.

Nəhayət iyulun 20-də Prezident Ərdoğan Türk Silahlı Qüvvələrinin Kiprdəki sülhməramlı əməliyyatının 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərin keçiriləcəyi Lefkoşada olacaq.

Nəşr edilib : 20.06.2024 14:57