AZ EN RU

Türkiyə Prezidenti bir neçə ölkəyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya və İtaliyaya səfər edəcək.

İspaniyaya bu gündən başlayacaq ikigünlük səfər çərçivəsində Prezident Ərdoğan VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirak edəcək.

Paytaxt Madriddə keçiriləcək və İspaniyanın Baş naziri Pedro Sançesin də iştirak edəcəyi biznes forumun məqsədi ticarət, yaşıl keçid, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirməkdir.

İyunun 14-də Türkiyə Prezidenti “Böyük Yeddilər”in (G7) dövlət və hökumət başçılarının Zirvə Toplantısında iştirak etmək məqsədilə İtaliyaya gedəcək. G7 ölkələrinin liderlərinin bir araya gələcəyi toplantı çərçivəsində Rəcəb Tayyib Ərdoğanın keçirəcəyi ikitərəfli görüşlərdə qarşılıqlı münasibətlərlə yanaşı, regional və qlobal məsələlər, eləcə də İsrail-Fələstin qarşıdurması, bölgəyə humanitar yardımların çatdırılması kimi mövzuların müzakirəsi nəzərdə tutulur.

Bundan əlavə, iyulun 9-dan 11-dək Vaşinqtonda NATO-nun növbəti Zirvə Toplantısı keçiriləcək. Toplantıda iştirak məqsədilə Türkiyə Prezidentinin ABŞ-a səfər edəcəyi gözlənilir.

Nəşr edilib : 12.06.2024 15:43