AZ EN RU

Türkiyə Prezidenti Ankarada ABŞ-ın dövlət katibi ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü ABŞ-ın dövlət katibi Entoni Blinkeni qəbul edib.

Türkiyə mediasına istinadla xəbər verir ki, Esenboğa hava limanının fəxri zalında baş tutan görüş bağlı qapılar arxasında keçib.

Bu, ABŞ xarici siyasət idarəsinin başçısı Entoni Blinkenin Türkiyəyə ilk səfəridir. O, bir qədər əvvəl türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Görüş zamanı respublikada baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması, İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətləri, Ukrayna münaqişəsi və ikitərəfli məsələlər müzakirə olunub.

Nəşr edilib : 20.02.2023 14:55