AZ EN RU

Türkiyə Pakistanda törədilən terror aktlarını şiddətlə qınayır

Son vaxtlar Pakistanda baş verən terror aktlarını şiddətlə qınayırıq. Həyatını itirənlərin ailələrinə başsağlığı, yaralananlara şəfa diləyirik.

Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin Pakistanda törədilən terror aktları ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda, həmçinin bildirilir ki, Türkiyə qardaş Pakistanın təhlükəsizliyini və sabitliyini dəstəkləməyə davam edəcək, terrorla mübarizədə daim Pakistan xalqının yanında olacaq.

Nəşr edilib : 27.03.2024 16:34