AZ EN RU

Türkiyə ötən il 923 terrorçunu zərərsizləşdirib

2023-cü ildə Türkiyə təhlükəsizlik qüvvələri terror təşkilatlarının 923 üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. Xəbəri “Anadolu” agentliyi yayıb. 
Onun sözlərinə görə, PKK, FETÖ və DEAŞ terrorçularına qarşı ümumilikdə 22 mindən çox əməliyyat keçirilib.
Nazir Türkiyə hüquq-mühafizə orqanlarının terror təşkilatlarına qarşı barışmaz fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Nəşr edilib : 30.01.2024 21:49