AZ EN RU

Türkiyə ordusunun beş əsgəri şəhid olub

İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində 5 türk əsgəri şəhid olub, 3-ü ağır olmaqla 8 hərbçi yaralanıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, cavab tədbirləri nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Nəşr edilib : 12.01.2024 23:11