AZ EN RU

Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlib

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Çexiya və Türkiyə milliləri qarşılaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda türklər çexləri məğlub edib – 2:1.
Oyunun 51-ci dəqiqəsində Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu hesabı açıb.
Qarşılaşmanın 66-cı dəqiqəsində Tomaş Souçek tarazlığı bərpa edib.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində Cenk Tosun komandasına qələbə qolunu qazandırıb.
Bununla da Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlib.

Nəşr edilib : 27.06.2024 01:10