AZ EN RU

Türkiyə lideri zərərçəkənlərə yardımla bağlı yaranmış əsas problemi açıqlayıb

“İndi əsas problem kənardan gələn maşınların yaratdığı tıxacdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib.

O bildirib ki, yardım kampaniyası koordinasiyalı şəkildə həyata keçirilməlidir:

“AFAD-ın hesablarına köçürülən məbləğlər bütünlüklə zəlzələdən zərərçəkmişlərə ayrılacaq. Buna şübhəniz olmasın".

Nəşr edilib : 10.02.2023 16:50