AZ EN RU

Türkiyə lideri: "Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması vacib məqamdır”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması vacib məqamdır”.

“TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı həmçinin Nikol Paşinyanın Türkiyəyə səfərini də yüksək qiymətləndirib: “Baş nazir daxildəki müxaliflərə baxmayaraq, ölkəmizə səfərə gəldi. Nikol Paşinyanla ayaqüstü söhbətləşdik və ona səfərə gəldiyinə görə təşəkkür etdim”.

Nəşr edilib : 14.06.2023 16:06