AZ EN RU

Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanda hiss olunub

Yanvarın 18-də Naxçıvan seysmoloji stansiyasından 100 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 14:08-də qeydə alınan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 5.9-a bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub.

Nəşr edilib : 18.01.2023 14:34