AZ EN RU

Türkiyə iqtisadiyyatı 2023-cü ildə 4,5 faiz artıb

Bu haqda Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat yayıb.

TÜİK-nin məlumatında görə, Türkiyədə ÜDM-nin həcmi ötən ilin son rübündə 4 faiz artıb, 2023-cü ildə qeydə alınan ümumi artım isə 4,5 faiz olub.

Ötən il Türkiyədə adambaşına düşən ÜDM-nin həcmi 207 min 952 türk lirəsi və ya 13 min 110 ABŞ dolları təşkil edib.

TÜİK qeyd edib ki, Türkiyədə iqtisadi artım tempi 14 rüb dalbadal davam edib.

Bu məlumatı şərh edən Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek bildirib ki, milli iqtisadiyyatın ümumi həcmi 1,1 trilyon dollara çatıb. O əlavə edib: “Adambaşına düşən ÜDM-nin həcmi 2022-ci illə müqayisədə 2 min 450 dollar artaraq 13 min 110 dollar səviyyəsinə çatıb. Bu, cəmiyyətini rifahının mühüm göstəricisidir. İqtisadiyyatda müsbət tendensiya davam edir və bu amil 2024-cü ildə iqtisadi balans üçün əhəmiyyətlidir”.

Nazir əmin edib ki, iqtisadiyyatda struktur islahatları davam edir, hökumətin əsas hədəflərindən biri isə ölkədə qiymətlərin sabit qalmasının təmin edilməsidir.

Nəşr edilib : 29.02.2024 16:05