AZ EN RU

Türkiyə HHQ-yə məxsus 4 “F-16” təyyarəsi patrul xidməti üçün Rumıniyaya göndərilib

Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 4 “F-16” təyyarəsi NATO hava polisi missiyası çərçivəsində ölkə səmasında patrul xidməti həyata keçirmək üçün Rumıniyaya göndərilib.

Bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Təxminən 80 hərbçi və 4 “F-16” təyyarəsindən ibarət heyət NATO komandanlığı altında gücləndirilmiş hava polisi missiyasında Rumıniya HHQ-nin pilotları ilə yanaşı uçacaq. Bu missiyaların birgə həyata keçirilməsi Rumıniya və Türkiyə HHQ-ləri arasında qarşılıqlı əlaqənin güclənməsinə töhfə verir”, - məlumatda bildirilib.

Nəşr edilib : 30.11.2023 21:20