AZ EN RU

Türkiyə günü münasibətilə Baş Konsul Asip Kaya “Snowfest-qış festivalı”nda “Şərq qapısı”na müsahibə verib

Bu il Naxçıvan şəhərində fərqli bir tədbirin – “Snowfest - qış festivalı”nın keçirildiyinin şahidi oluruq. Belə möhtəşəm tədbirin Naxçıvanda keçirilməsini yüksək qiymətləndirir, zəhməti keçən hər kəsə dərin təşəkkürlərimi bildirirəm. Xüsusən də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə minnətdarlığımı bildirirəm.

Qeyd etmək istəyirəm ki, biz də qardaş Türkiyə Respublikasından gələn qruplarla, xüsusən də folklor qrupları ilə festivalda iştirak etdik. Həqiqətən də böyük marağın və tamaşaçı sıxlığının olduğunu gördük. Bu gün həm də Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda, Türkiyənin “Qızıl ay” dərnəyinin gətirdiyi müxtəlif hədiyyələri və sovqatları muxtar respublikanın şəhid və qazi övladlarına təqdim etdik. Tədbir çox maraqlı keçdi. Hətta yaxın günlərdə naxçıvanlı şəhidlərimizin, qazilərimizin övladlarını Türkiyəyə aparmağı, xüsusən də İğdır şəhəri ilə yaxından tanış etməyi düşünürük.

Bir sözlə,  Naxçıvanda yeni il böyük coşğu və maraqla qarşılanır. Biz də əlimizdən gəldiyi qədər buna dəstək olmağa çalışırıq. Bir daha bütün tədbir iştirakçılarına öz təşəkkürümü bildirirəm.

                                                    Aidə İBRAHİMOVA

Nəşr edilib : 30.12.2023 10:35