AZ EN RU

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk anılıb

    Noyabrın 10-da Naxçıvan şəhərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 84-cü ildönümündə anılıb. Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən türk xalqının böyük öndərinin Naxçıvan şəhərində ucaldılan büstü ziyarət olunub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz büstün önünə əklil qoyub. 
    Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi ataşşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türk iş adamları və türkiyəli tələbələr də iştirak edərək abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.  Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 10.11.2022 20:45