AZ EN RU

Türkiyə, Azərbaycan, Gürcüstan birgə hərbi təlim keçirirlər

Türkiyə, Azərbaycan, Gürcüstan birgə hərbi təlim keçirirlər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Züki Aktürk həftəlik brifinqdə söyləyib.

O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın axtarış və xilasetmə bölmələri hərbi təlimdə iştirak edirlər.

Z. Aktürkün sözlərinə görə, manevrlərin məqsədi bölmələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

Nəşr edilib : 14.12.2023 14:35