AZ EN RU

Türk dünyasının birliyini qorumaq üçün çalışmağımız lazımdır

Amerika Birləşmiş Ştatlarının Şimali Karolina Universitetinin professoru, "Nobel" mükafatçısı Əziz Səncər:  – Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin dəvəti ilə Azərbaycana gəldim və akademik İsa Həbibbəyli Naxçıvana da dəvət etdi, mən də Naxçıvandayam. Naxçıvanın həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmi var. Türk dünyasına açılan qapıdır. Təbii ki, Azərbaycan hər birimiz üçün önəmlidir, fəqət bu bağlantını etməsi yönündən Naxçıvanın ayrı bir önəmi var. Baxın burada mənə bu qədər diqqət göstəriləcəyini bilməzdim. Allah sizdən razı olsun. Sizləri, azərbaycanlıları, naxçıvanlıları yaxından tanıdım. Hər biriniz qardaşlarımsınız. Sizi də, məmləkəti də çox sevdim. 

Türk dünyasının  birliyini qorumaq üçün çalışmağımız lazımdır. Həm tələbə, həm də yüksək səviyyədə elm adamları, eləcə də iş adamları ilə birgə çalışmaq lazımdır. Bunu misal göstərmək istəyirəm ki, hər hansı bir siyasi mövzuda Amerika, İngiltərə və Kanada daim bərabər hərəkət edir. Və Türk dünyasında da eyni şeyi etsək, biz də dünya miqyasında qüvvətli olarıq. Bunu təkrar-təkrar demək istəyirəm, diqqət edin, dünyada bir problem olduğu zaman Amerika, Kanada, İngiltərə və Avstraliya çox zaman bərabər çalışırlar. Bizim Türk dünyası olaraq eyni şeyi etməyimiz lazımdır. Biz onlar qədər çoxuq, onlar qədər bir torpağımız var və bərabər çalışmalıyıq. 

Naxçıvanın əsas önəmi odur ki, Türk dünyasını bir-birinə  bağlıyır.

Nəşr edilib : 01.06.2024 23:27