AZ EN RU

Türk dövlətlərinin məktəbliləri Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

“Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalında iştirak üçün ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin məktəbliləri Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, məktəblilər əvvəlcə II Şəhidlər xiyabanını ziyarət edərək 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar və məzarları önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canından keçmiş döyüşçülərin xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-də Şuşada keçiriləcək. Beynəlxalq uşaq yaradıcılıq festivalında türk dövlətlərinin bədii kollektivlərinin 200 nəfərdən artıq üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edəcək.

Nəşr edilib : 29.05.2024 13:44