AZ EN RU

Türk Dövlətləri PA-nın binasında bayraqlar yarıya endirilib

Türk Dövlətlərinin Parlament Assambleyasının binasında bayraqlar yarıya endirilib.

Bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, bu, Türkiyə ilə həmrəylik əlamətidir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Nəşr edilib : 08.02.2023 15:37